Azərbaycan Milli Məclisinin deputatları Braziliyada keçirilən futbol üzrə dünya çempionatının final oyununda hansı komandaları görəcəkləri haqda danışıblar.
Millət vəkili Adil Əliyev bildirib ki, "Azarkeşəm, elə bu 4 komandanın yarımfinalda oynayacaqlarını öncədən demişdim. Mən Almaniyanın çempion olmasını istərdim".
Siyavuş Novruzov isə finalda Argentina ilə Braziliyanın oynayacağını dedi. "Özüm isə ümumiyyətlə Braziliya komandasına azarkeşlik edirəm".
Parlamentin digər üzvü Fazil Mustafa vurğuladı ki, dünya çempionatının finalında Hollandiya ilə Almaniya oynayacaq. "Özüm Argentinaya azarkeşlik etsəm də reallıq budur ki, Hollandiya ilə Almaniyanın şansı daha böyükdür".
Millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, güclü azarkeş olmasam da müəyyən maraqlarım var, o baxımdan deyə bilərəm ki, bu 4 komandanın 4-ü də çempionluğa layiqdir. "Tam təsadüf onların hər birini çempion edə bilər. 1974-cü ildən dünya çempionatının final oyunlarına baxıram. Hələ indiyədək belə eyni gücdə olan komandalar olmamışdı. Ötən dəfə İspaniya ilə Hollandiyanın gücləri bərabər idi. Tam təsadüf İspaniyanı çempion etdi. Bu dəfə isə bəxt kimin üzünə güləcək, demək çətindir".
Deputat Aqil Abbas isə dedi ki, finalda Braziliya ilə Argentinanı görmək istəyirəm, ancaq Argentina ilə Almaniya oynayacaq. "Özüm Braziliyaya azarkeşlik etsəm də türk futbolçu Məsud Özilə görə Almaniyanı seçirəm".
Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatının ilk yarım final oyununa bu gecə start veriləcək.
Futbolsevərlərin hamısı gecə saat 01.00-da ekran qraşısında əyləşərək meksikalı referi Marko Rodriguezin idarə edəcəyi Braziliya - Almaniya matçına bacacaqlar.
Bütün dünyada olduğu kimi idmanın bir nömrəli oyunu hesab edilən futbola da Azərbaycanda azarkeşlik edənlər çoxluq təşkil edir.
ANS