“Kəpəz” klubunda növbəti xoşagəlməz hadisə yaşanıb.
AZXEBER.COM Stadium.az-a istinadən xəbər verir ki, komandanın lideri Ceyhun Sultanovla məşqçi Vidadi Rzayev dalaşıb. Hadisə belə olub. Dünən səhər saatlarında Vidadi Rzayev Ceyhun Sultanova söz atıb. Ceyhun Rzayevə özünü yığışdırmağı məsləhət görüb. Onun nəsihət xarakterli sözləri məşqçinin xoşuna gəlməyib və tərəflər əlbəyaxa çıxıblar. Vidadi Ceyhunun üstünə yeriyib və həngamə bundan sonra qopub. Ətrafdakı şəxslərin müdaxiləsi ilə insident yatırılsa da, Sultanov bu saatdan sonra “Kəpəz”də qalmağın mənasız olduğunu deyib və Gəncədən ayrılıb.