Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu
İDMAN
12:06 17.08.2026
334
"Sumqayıt” kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib.

Misli Premyer Liqasının birinci turunda "Neftçi” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 

24 yaşlı oyunçu qapıya yumruq vurub. Nəticədə qapıdan qopan şüşələr onun ayağına düşüb və futbolçu ciddi zədə alıb. 

Hazırda xəstəxanada olan S.Abdullazadə bu gün əməliyyat olunacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib: "Səbuhinin zədəsi ciddidir. Onun ayağında kəsiklər var. Amma ilkin müayinə olunub və karyerası üçün heç bir təhlükə olmadığı bildirilib. Həkimlərin ilkin rəyi odur ki, əməliyyatdan sonra dəqiq nə zaman yaşıl meydanlara qayıdacağı bəlli olacaq”. 

Qeyd edək ki, Səbuhi Abdullazadə "Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulub. Onun komandası 1:3 hesablı məğlubiyyətə uğrayıb. 
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR