Azərbaycanlı gənc polisi maşınla sürüdü

Azərbaycanlı gənc polisi maşınla sürüdü
Bütün Xəbərlər
16:53 05.12.2012
2283
Dünən günorta saat 2 radələrində Rusiyanın Sovetski rayonunda fövqəladə hadisə baş verib.
Yol polisi 31 yaşlı azərbaycanlının idarə etdiyi “09” markalı maşını saxlayıb.
AZXEBER.COM-un “Komsomolskaya Pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verir ki, müfəttiş sürücüdən maşının sənədlərini tələb edib. Lakin o, gözlənilmədən maşınla yerindən götürülüb və polis postunu vurub keçib. Polis isə maşının qapısından tutub və həmyerlimiz qar yığınının içi ilə qanun keşikçisini təqribən 150 metr sürükləyib. Daha sonra Yol-Patrul Xidməti əməkdaşı yıxılıb və başı buza dəyərək bərk əzilib.
Məlumata görə, həmyerlimiz maşınyuma məntəqəsində gizlənməyə çalışsa da buna müvəffəq olmayıb və bir neçə dəqiqədən sonra saxlanılıb.
OXŞAR XƏBƏRLƏR