AZXEBER.COM xəbər verir ki, yanvar ayının 28-də Fransanın Strasburq şəhərində AŞPA binası qarşısında ermənilərin keçirdiyi etiraz aksiyasına müdaxilə edən azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun erməni millətçilərini susdurması təkcə Azərbaycan ictimaiyyətində deyil, həmçinin qardaş Türkiyədə də ciddi rezonansa səbəb olub.
Belə ki, Əhməd Şahidovun 40 nəfər erməninin içinə girərək onlara Xocalı soyqırımı barədə danışması Türkiyənin bəzi xəbər saytlarında işıqlandırılıb. “Azeri genc Fransada eylem yapan ermenileri susdurdu”, “Ermenileri tekbaşına susduran genc” kimi başlıqlar verən Türkiyə mətbuatı Əhməd Şahidovun bu cəsarətli addımını təqdir ediblər.
Ətraflı burada: https://www.haberler.com/fransa-da-ermenileri-tek-basina-susturan-azeri-6917856-haberi