Azərbaycanlı gənclər İtaliyada bir araya gələcək - ASAIF-in forumunda

GƏNCLİK
20:00 24.02.2013
2754

“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) İtaliyanın paytaxtı Roma şəhərində “Azerbaijan 2020 – Youth Vision” adlı və əsas ideyası cənab Prezident İlham Əliyevin 21 aprel 2011-ci il tarixində keçirilmiş gənclərlə görüşündə səsləndirdiyi “Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır” fikri olan növbəti foruma ərizə qəbulu elan edir.

AZXEBER.COM xəbər verir ki, “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) 27-30 mart, 2013-cü il tarixlərində (27 mart gəliş, 30 mart gediş tarixləri olmaqla) İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək növbəti foruma ərizə qəbulu elan edir.Öncəliklə ASAIF-in Roma forumunun Strasburq, Budapeşt və Vyana forumlarından önəmli dərəcədə fərqləndiyini vurğulamaq məqsədə uyğundur. İlk növbədə, ASAIF-in Roma forumu təşkilatın xaricdəki ilk qlobal forumudur, çünki əvvəlki forumlarda əsas prioritet Avropada təhsil alan tələbələrə verilirdisə, indi bu hüquq bərabər paylanaraq forum Amerika və Uzaq Şərq, Asiya ölkələrində, Afrika və Latın Amerikası daxil olmaqla, dünyanın hər yerində təhsil alan tələbələrə iştirak haqqını verir.Bununla bərabər, bundan öncəki forumlarda iştirak sayı 250-dək idisə, Roma forumunda iştirakçı sayı 350-dək olacaqdır. Daha önəmli bir xəbər isə, bütün iştirakçıların yol və yaşayış xərclərinin təşkilatçılar tərəfindən tam qarşılanması ilə bağlıdır. Bununla bağlı şərtlər və lazımi müddəalar forumda iştirak hüququ əldə edəcək olan tələbə və məzunlara bildiriləcəkdir.Həmçinin gənclərimizin dövlət qulluğuna olan maraqlarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və böyük şirkətlərin iştirakı ilə Əmək Yarmarkası keçiriləcəkdir. Bununla forum iştirakçıları həm işlə təminat, həm də təcrübə məsələləri ilə bağlı şirkətlərə öz CV-lərini təqdim edə biləcəklər.Bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək, Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.Roma forumunun ilk iş günü 28 mart tarixində açılış mərasimi ilə öz işinə başlayacaq və panel müzakirələri ilə davam edəcəkdir. Açılışda AR Prezident Adminstrasiyasının, Gənclər və İdman Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin və Milli Məclisin nümayəndələri, o cümlədən bir çox dövlət rəsmilərinin iştirakı gözlənilir.Həmçinin İtaliyanın dövlət rəsmiləri və parlament nümayəndələrinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər, İtalyan və Azərbaycan Gənclər Təşkilatlarının və müxtəlif sahələrdən olan qonaqların iştirakı nəzərdə tutulmuşdur.Forumun ilk iş günündə (28 mart) xaricdə təhsil alan tələbələrin bugünki vəziyyəti haqqında dinləmələr aparılacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri mövzüsunda çıxışlar, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təqdimatı və sual-cavab sessiyaları olacaqdır.Forumun ikinci günündə isə Ənənəvi və İctimai Diplomatiya paneli və Azərbaycanın yeni brendləri və trendləri haqqında Gələcəyə Baxış Vizyon 2020 kontekstində təqdimatlar olacaq və iştirakçıların ekspertlərlə sual-cavab sessiyası, yekun sənədlərin və bəyənatın qəbulu ilə yekunlaşacaq. Axşam ziyafətindən sonra təşkil olunacaq Azərbaycan mədəniyyət gecəsində ölkəmizin mədəniyyət inciləri, musiqisi və incəsənət nümunələri nümayiş etdiriləcək. Beləliklə, ikinci günün sonunda təntənəli bağlanış mərasimi ilə forumun rəsmi işinə yekun vurulacaqdır.Forumun son günü (30 mart) Roma şəhərində təşkil olunacaq ekskursiya ilə forum öz işini başa vuracaqdır.Foruma müraciət üçün ərizələrin qəbulunun son tarixi 3 mart 2013-ci il tarixidir. Foruma müraciət ərizəsini ASAIF-in internet səhifəsindən əldə edə bilərsiniz. Əlavə məlumat üçün www.asaif.org səhifəsinə daxil ola və ya+994504093361nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Forumda iştirak üçün zəruri şərt: Hal-hazırda xaricdə ali təhsil ocaqlarından birində təhsil alan vəya yenicə məzun olmuş azərbaycanlı gənclərə üstünlük veriləcəkForumun keçirilmə tarixi:27 – 30 mart 2013Forumun şüarı: “Mənim Azərbaycanım, Təhsilim, Gələcəyim” – “My Azerbaijan, Education, Future”Zəruri sənədlər:Müraciət formunu doldurub [email protected]/* */ elektron ünvanına göndərin.Son müraciət tarixi:3 mart 2013Əlaqə: www.asaif.orgXərclər: Nəqliyyat – yol xərcləri və yaşayışla bağlı xərclər təşkilatçılar tərəfindən tam qarşılanır. Forumda iştirak haqqı yoxdur.

OXŞAR XƏBƏRLƏR