Vilayət Quliyev: “Macarıstan və Azərbaycan gənclər təşkilatlarının hər bir görüşü iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.”
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə MəmmədovanınAZXEBER.COM-a verdiyi məlumata görə,“Mən gənc səfirəm” ASAİF Forumu çərçivəsində Macarıstan gənclər təşkilatları ilə Azərbaycan gənclər təşkilatlarının geniş tərkibdə görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmiz haqda geniş məlumat veridi. Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər sahəsində də gerçəkləşən önəmli layihələrdən söz açan səfir, gənclər təşkilatları üçün bu səpkili görüşlərin yeni və geniş imkanlar açdığını vurğuladı. Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov hər iki ölkənin gənclər təşkilatlarını salamladıqdan sonra, görüş əsnasında fikir və təcrübə mübadilələrinin çox böyük önəm daşıdığını, qarşılıqlı görüşlərin hər zaman gənclər üçün yeni və böyük imkanlar açdığını diqqətə çatdırdı.
Azərbaycan tərəfdən bu tədbirə Gənclər və İdman nazirliyinin nümayəndələri, İrəli” İctimai Birliyi, Azərbayan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər təşkilatları Milli Şurası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, “Vətəndaş Cəmiyyətində Debat” ictimai Birliyi, Bizim nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Azərbaycan Tələbələr Birliyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin rəhbərləri qatılmışdılar. Daha sonra hər iki ölkənin gənclər təşkilatları fəaliyyətləri, həyata keçirdikləri layihələri haqda geniş şəkildə məlumatlar verdilər.
İki saat davam edən görüş zamanı ortaq layihəllər müzakirə olundu, gələcək əməkdaşlıq istiqamətləri barədə danışıqlar aparıldı və qarşılıqlı təkliflər dinlənildi.
Macarıstanda fəaliyyət göstərən “Xristian demokratlar təşkilatı”, Sosial ailə və gənclər məsələlərinə məsul nazirliyin və digər gənclər təşkilatlarının nümayəndələri ilə gənclərin biznes imkanlarının inkişafı sahəsində gələcəkdə həyata keçiriləcək layihələrdə azərbaycanın da tərəfdaşlıq imkanları müzakirə edildi.
Görüşün sonunda səfir Vilayət Quliyev Macarıstan universitetlərinin tələbələri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qaliblərinin essələrinin dərc olunduğu kitabları görüş iştirakçılarına təqdim etdi.