Azərbaycanlı gənclər Xocalı həqiqətlərini beynəlxalq festivalda göstərəcək

GƏNCLİK
17:47 09.08.2016
2605
ROMB Creative Agency komandası Azərbaycanı və Xocalı həqiqətlərini Beynəlxalq festivalda təmsil etmək üçün gedir.
Belə ki, ilin əvvəlində şirkət tərəfindən, Cinema Plus kinoteatrı, Azərbaycan Gənclər Fondunu və Sabunçu Rayonu Gənclər Evinin tərəfdaşlığıyla ərsəyə gətirilən "The Truth" ("Həqiqət") filmi Ukraynada keçiriləcək "KiTı" ("Kino i Tı" - Kino və Sən) Beynəlxalq festivalının finalına seçilən 12 filmdən biri olub və ölkəmizi təmsil edir. İctimaiyyətdə sosial layihələriylə tanınan gənclər, Cavanşir Eladisoyun rejissorluğunu və Qalib Kazımlının təşkilatçılığını etdiyi Xocalı soyqırımına diqqət çəkmək üçün hazırlanan filmin 7-10 Sentyabr tarixlərində festivalın yekun mərhələsində taleyinə aydınlıq gələcək.
Filmin prodüseri Azər Həsənovdur. Xocalı Soyqırımını dünya ictimaiyyətinə tanıtmaqda olan gənclərimizə və filmlərinə uğular arzulayırıq.

OXŞAR XƏBƏRLƏR