Azərbaycanlı hakerlər erməni televiziyasının saytını dağıtdılar

Azərbaycanlı hakerlər erməni televiziyasının saytını dağıtdılar
Bütün Xəbərlər
00:05 04.12.2012
1386

Ermənistanın ikinci telekanalının (Hayastan-2) telekanalının saytı azərbaycanlı hakerlər tərəfindən dağıdılıb.

AZXEBER.COM-un məlumatına görə, sayta hücum "ANTI-armenia.ORG" haker qrupu tərəfindən edilib. Hazırda telekanalın www.tv.am saytına giriş mümkün deyil. Saytın açılış səhifəsində erməni terrorundan bəhs edən saytın ünvanı yerləşdirilib. Ermənistanın ikinci telekanalı 1999-cu yaradılıb və Ermənistanın 95 faizində yayımlanıb. Telekanalın yayımı Azərbaycanın işğal olunmuş ərazilərində də aparılır. Veirişləri 18 saat yayımlanan Hayastan-2-nin əsas proqramı "Lraber" xəbər buraxılışıdır. Televiziya Almaniyanın "Deutsche Welle" və Rusiyanın NTV şirkətləri ilə əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR