Ukraynanın Donetsk vilayətinin Petrovsk rayonunda azərbaycanlı iş adamı, diaspor üzvü ağır yaralanaraq bir ayağını və qolunu itirib.Donetsk Vilayət Şurasının deputatı, vilayət üzrə azərbaycanlılar Konqresinin sədri Malik Piverdiyev APA-ya açıqlamasında bildirib ki, bu 42 yaşlı Ukrayna vətəndaşı, Gürcüstanda doğulmuş Erizbər Qəribovdur.