xari

Azərbaycanlı iş adamı edam ediləcək

SOSİAL
12:48 07.03.2016
4335
İran dövlətini 2,8 milyard dollar ziyana saldığı iddia edilən azərbaycanlı iş adamı Babək Zəncani edam cəzasına məhkum edilib.
Bu haqda "Fras-Press" agentliyi məlumat yayıb.
Babək Zəncani Türkiyədə 3 naziri postundan edən korrupsiya qalmaqalının əsas fiqurantlarından biri Rza Zərrabın ortağı idi.
Xatırladırıq ki, Babək Zəncani 2013-cü ilin dekabr ayında çirkli pulların yuyulması ittihamı ilə həbs olunmuşdu. Babək Zəncaninin və Rza Zərrabın Türkiyə hökumətinin nazirləri ilə əlbir olaraq İranı maliyyə böhranından çıxardıqları bildirilir.
Məlumata görə, Zərrabın şəbəkəsi Türkiyə hökumətindəki nazirlərin köməyi ilə bir il ərzində İrana 100 milyard nağd dollar və avro keçiriblər ki, bu da İranı 2013-2014-cü illərdə gözləyən ağır maliyyə böhranından xilas edib.
İran məhkəməsinin böhran dövründə belə çətin bir əməliyyatı yerinə yetirən şəxsi nəyə görə edam cəzasına məhkum etməsinin səbəbi isə hələlik bəlli deyil. Rəsmi ittihama görə, Babək Zəncani İran dövlətinə 2,8 milyard dollar zərər vurub.
ölkə.az

OXŞAR XƏBƏRLƏR