Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib

Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib
SOSİAL
21:26 16.07.2026
145
Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus "Araratsement" şirkəti dövlət idarəçiliyinə keçib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, "Qanunsuz mənşəli əmlakın müsadirə olunması haqqında" icraat çərçivəsində şirkət Antikorrupsiya Məhkəməsinin qərarı ilə Ermənistan dövlətinin idarəçiliyinə verilib.

Bundan əlavə, iddia ərizəsi çərçivəsində hakimiyyət orqanları Qaqik Sarukyandan 75 daşınmaz əmlak obyekti, 10 digər əmlak vahidi və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin müsadirə olunmasını tələb edir.

Qeyd edək ki, iyulun 6-da Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılan Qaqik Sarukyan külli miqdarda dələduzluq təşkil etmək və çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
OXŞAR XƏBƏRLƏR