Ötən gün Astraxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq vəfat edib.1960-cı il mart ayının 8-i Yevlaxda anadan olan mərhum "Qalaktika" adlı gəmi qayırma zavodunun rəhbəri olub. Bu barədə ANS PRESS-ə mərhumun yaxını Samir Əlizadə xəbər verib. Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxstan və Rusiyada gəmiqayırmada mühəndis vəzifəsində çalışıb. 1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.Qeyd edək ki, Şərifov Rəhman 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib. Ailəli olub və üç oğlu var.