Azərbaycanlı jurnalistlər 15 sentyabrda İstanbulda toplaşır

Azərbaycanlı jurnalistlər 15 sentyabrda İstanbulda toplaşır
MEDIA
13:08 13.09.2015
1350
Bu il 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən düşmən işğalından qurtuluşu İstanbulda da anılacaq. Bu barədə Anma Panelinin ideya müəllifi və təşkilatçısı, "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər məlumat verib.
Aqil Ələsgər bildirib ki, "15 sentyabr-Bakının düşmən işğalından azad olunması tarixini hamımız bilirik. Ancaq 15 sentyabr qədər çox önəmli bir tarix də var: 20 iyul. Bu tarix Naxçıvanın Osmanlı komandanı Kazım Karabəkir Paşa tərəfindən işğaldan azad edilməsidir. Kazım Karabəkir Paşa sadəcə Naxçıvanı azad etmədi, qərargahını da bu torpaqlara daşıyaraq, bir daha Andranikin hücum etməsinin də qarşısını aldı. Təəssüf ki, Azərbaycana Hüseyn Cavid, Yusif Məmmədəliyev, Heydər Əliyev, Əbülfəz Elçibəy və daha yüzlərlə böyük şəxsiyyətlər bəxş edən Naxçıvanla bağlı bu həqiqətdən çoxumuz xəbərsizik. Bu səbəbdən də hesab etdik ki, biz 15 sentyabrda bütövlükdə Azərbaycanın qurtuluşu ilə bağlı Anım Paneli təşkil edək. Bu barədə Kazım Karabəkir Vəqfinin başqanı, Paşamızın qızı Timsal Karabəkirlə görüşdük və o, da bu təklifimizi müsbət qarşıladı. Allah nəsib edərsə, 15 sentyabrda, İstanbulda, Kazım Karabəkir Paşa Muzeyində "Osmanlı Ordusunun Azərbaycanı işğaldan xilas etməsinin 97-ci il dönümü” Panelini keçirəcəyik. Panel "Bir millət iki dövlət” adlanır və bu həm də Azərbaycanın bir sıra aparıcı internet media qurumlarının terrorla mübarizə aparan Türkiyəyə kiçik bir qardaş dəstəyi sayıla bilər”.
Təşkilatçı qeyd edib ki, "Bu bizim media nümayəndələri olaraq, şəxsi təşəbbüsümüzdür. Bundan öncə də Xocalı soyqırımı, 31 Mart soyqırımı, 28 may Respublika günü kimi Azərbaycan üçün önəmli sayılan günlər tərəfimizdən sərhədlərimizdən çox-çox uzaqlarda anılıb. Biz heç bir donor təşkilatdan dəstək almayaraq, sırf Yenicag.az və Hocalıhaber.com internet qəzetlərinin məhdud büdcəsi ilə bu tədbirləri keçiririk. Bizə hər zaman dəstək olan Azərbaycan mediasına dərin təşəkkürümüzü bildiririk. Türkiyə mediası ilə yanaşı Aznews.az, Aktual.az, Ölkə.az, Azxeber.com,Vətəninfo.az, Editor.az, 7news.az, Sfera.az və digər saytlar da bu işdə bizə ciddi informasiya dəstəyi verirlər”.
Aqil Ələsgərin sözlərinə görə, tədbirdə türk mediası ilə yanaşı tanınmış ziyalılar, dərnək rəhbərləri iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü