Azərbaycanlı jurnalistlər Avropalı gənc siyasətçilərlə görüşdülər - FOTOLAR

GƏNCLİK
17:15 10.07.2013
2085
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirib.AZXEBER.COM-un məlumatına görə, layihədə maraqla gözlənilən panellərdən biri "Siyasi strategiyada mətbuatın cəlb olunması və sosial şəbəkələr” olub. Panelin ekspertləri “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov, editor.az saytının baş redakoru Fərid Şahbazlı və AZXEBER.COM saytının təsisçisi və redaktoru Hacıbəy Heydərli olub. Ekspertlər panel çərçivəsində ölkəmizdə söz azadlığı və mətbuatın inkişafından danışıblar. Qeyd ediblər ki, ölkəmizdə azad internet var, əhalinin heç bir siyasi təbəqəsinə ayrıseçkilik qoyulmur. Tədbir sual-cavab şəklində davam edib.

OXŞAR XƏBƏRLƏR