Kamboca bayrağı altında üzən yük gəmisinin kapitanı 66 min lari cərimələnib
Gürcüstanın Poti limanının sərhəd polisinin tərəfindən saxlanıma azərbaycanlı kapitan sərbəst buraxılıb. AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan gəmi kapitanı 65 min ları (1 dollar = 1,66 lari) məbləğində cərimələnib. Məhkəmə, o cümlədən ekoloji mühitə vurduğu zərərə görə 922 lari ödənilməsi haqqında qərar qəbul edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən dənizin çirkləndirilməsi faktı ilə bağlı Kamboca bayrağı altında üzən "VOLGOBALT- 227" yük gəmisini saxlanılıb. Kapitan bütün məbləği ödəyib və bundan sonra gəmiyə sərbəst üzmək hüququ verilib.