Azərbaycanlı məhbusa işgəncə verilib

Azərbaycanlı məhbusa işgəncə verilib
Bütün Xəbərlər
13:34 08.09.2011
1350

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə müraciət edib. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyindən APA-ya verilən məlumata görə, Gürcüstan Respublikasının Kutaisi şəhərində yerləşən 2 saylı İslah Əmək Müəssisəsində cəza çəkən Əhməd Əbilov adı çəkilən müəssisənin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı Gürcüstan Ombudsmanına müraciət edib. Müraciətdə qeyd olunur ki, iki nəfər müəssisə nəzarətçisi ona fiziki və mənəvi işgəncələr verib, nəticədə məhkumun səhhətində yaranan narahatlıqlara görə ehtiyacı olduğu tibbi yardım da göstərilməyib. Gürcüstan Respublikası Ombudsmanı nümayəndələri müəssisəyə baş çəkib, məhkum Ə. Əbilovun müraciətdə göstərdiyi faktları, məhkumun bədənində işgəncə izlərini aşkar edib, məhkum yoldaşları isə bu faktı təsdiq ediblər. Ombudsman Qiorqi Tuquşi Gürcüstan Prokurorluğuna məhkum Ə. Əbilova bədən xəsarətlərinin yetirilməsi ilə bağlı tədqiqat başlanılması, məhkəmə tibbi ekspertizasının keçirilməsi tövsiyəsi ilə müraciət edib. Budan başqa, Ombudsman Ə. Əbilovun müraciətində şikayət etdiyinə görə yenidən işgəncələrə məruz qala biləcəyini nəzərə alaraq başqa müəssisəyə keçirilməsi xahişinin təmin olunması üçün Gürcüstan Penitensiar Departamentinə müraciət yollayıb. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi soydaşımız Ə. Əbilovun qeyri-insani rəftara məruz qalmasından və onun hazırkı durumundan narahatlığını ifadə edib: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır - bu qadağa bir sıra beynəlxalq konvensiyaların tələbidir və işgəncə cinayətini törətmiş şəxslər cəzasız qalmamalıdır”. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə müraciətində məhkum Ə. Əbilovun hazırkı durumunun öyrənilməsi məqsədilə onun saxlanıldığı müəssisədə monitorinq aparılmasına şərait yaradılmasını, həmçinin Gürcüstan Respublikası Baş Prokurorluğuna faktla bağlı aparılan istintaqın nəticəsi haqda məlumat verilməsi xahiş edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir