ATV telekanalında yayımlanan "ATV maqazin" verilişinə açıqlamasında Namiq Qaraçuxurlu evlənəcəyini dedi. "Hələ ki, xanımın adını açıqlamaq istəmirəm. Onun adının baş hərfi mənəm. Artıq ailəmin də sevdiyimdən xəbəri var. Bu haqda ailəmə bu yaxınlarda demişəm.Ümumiyyətlə, mənim seçimimə mənim evimdə inanırlar. Hələ ki, proseslər gedir. Bu səbəbdən də hələlik bir söz demək istəmirəm. Lakin ciddiyəm.