Azərbaycanlı millət vəkilləri İlham Rəhimova qarşı - CAVAB GƏLDİ

Azərbaycanlı millət vəkilləri İlham Rəhimova qarşı - CAVAB GƏLDİ
Bütün Xəbərlər
12:43 21.09.2012
3211
“Biz ondan fərqli olaraq etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik” Dünən mətbuatda İlham Rəhimovun Ramil Səfərovla bağlı verdiyi müsahibədə bir qrup millət vəkilləri və ictimai xadimlərin ünvanına ittiham dolu fikirlər səsləndirilib. Onun bu fikirlərinə vaxtilə İctimaiyyət tərəfindən yaradılmış, bəzi millət vəkilləri və ictimai xadimlərdən ibarət Ramil Səfərovun hüquqlarını Müdafiə üzrə ictimai Şuranın bir qrup üzvləri Umud Rəhimoğlu, Azay Quliyev, Qənirə Paşayeva və Məlahət İbrahimqızı çox ciddi və qəti etirazlarını bildiriblər.

Sözügedən şəxslər İlham Rəhimovun fikirlərinə qarşı bəyanatla çıxış ediblər. Deputatların göndərdiyi bəyanatı olduğu kimi təqdim edirik:

“İlham Rəhimov deyir ki, mətbuatdan mənə aydın oldu ki, Ramil ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatlar yığışıb onun evinə getmişdilər. Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı?”

Bizə çox maraqlıdır ki, özünü hüquq elmləri doktoru, professor hesab edən İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir? Bunun səbəbi nədir. Bəlkə insanlar Ramilə olan sevgilərini bildirəndə ona hesabat verməli və ya ondan icazə almalı idi?

İlham Rəhimov ən azı ictimaiyyət və millət vəkilləri haqqında belə məsuliyyətsiz fikir səsləndirməzdən öncə Ramil Səfərovdan, onun ailəsindən və ya atası Sahib müəllimdən nə isə soruşa bilərdi. İlham Rəhimov mətbuatda ittiham dolu sualları səsləndirməzdən öncə Sahib müəllimdən 2 dəqiqə ərzində bütün cavabları ala bilərdi. Biz ondan fərqli olaraq etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik və bunu ayıb hesab etmişik. Biz Müdafiə Şurasının üzvləri gördüyümüz işləri dilə gətirməyi insanlıqla uyğun olmayan bir şey hesab etmişik. Müdafiə Şurasının üzvləri müntəzəm olaraq Ramil Səfərovla və onun ailəsi ilə əlaqə saxlamış, onların ən çətin və ağır günlərində, ailə üzvülərinin yanında olmuş və mümkün olan hər cür dəstək heç zaman əsirgənməmişdir. Əgər İlham Rəhimov daha çox məlumat almaq istəsə Müdafiə Şurasının üzvlərinə müraciət edə bilər.

Sadəcə kiminsə etdiyi belə kiçik məsələlər haqqında danışmağı və ya başqalarına qarşı hörmətsizlik etməsi onun özünün hansı keyfiyyətə malik olmasının göstəricisidir

Əlbəttə, Ramil həbsdən azad olunan zaman bütün ictimaiyyət onunla görüşmək arzusunda idi. Görüşməyə gələn bir qrup ictimai xadimlər və millət vəkilləri Ramil həbsdə olduğu zaman yaranmış Müdafiə Şurasının üzvləri idi. Onlar Ramilə həmin gün müqəddəs yerləri ziyarət etməkdə hörmət naminə yoldaşlıq edirdilər. Əlbəttə bu tərzdə ittihamedici suallarla mətbuatda çıxış etmək nə bir hüquqşünasa, nə də bir insana hörmət gətirməz. Və bir də kiminsə kimə qarşı etdiyi hər hansı xeyirxah bir əməlini səsləndirməsi insan mədəniyyətinə və humanism prinsiplərinə zidd olan bir şeydir.

Ramil xalqımızın ləyaqətli və qeyrətli oğludur. O bunu əməli ilə sübut etmişdir. Ona dəstəyi isə bütövlükdə xalq öz sevgisi ilə bildirmişdi. Bir də ki, axı ən ən böyük, çətin və məsuliyyətli problemi hər zaman xalqına söykənən və xalqın dəstəyinə istinad edən Möhtərəm Cənab Prezidentimiz öz cəsarəti, qətiyyəti və vətənpərvər addımı ilə həll etdi. Əslində çox tanınmış və cəmiyyətdə kifayət qədər nüfuzları olan Müdafiə Şurasının üzvləri bu cür suallara, cavab vermək istəməzdi.

Təəssüf ki, İlham Rəhimovun ziyalıya yaraşmayan tərzdə ittiham dolu manşetlərdə verilən sualları ictimaiyyətdə çaşqınlıq yaratmasın deyə, Müdafiə Şurasının üzvləri bu açıqlamanı etməyə məcbur etdi”.

OXŞAR XƏBƏRLƏR