Azərbaycanlı milyarder “Kanal D”-ni alır

Azərbaycanlı milyarder “Kanal D”-ni alır
MEDİA
11:58 16.11.2011
3087

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun növbəti hədəfi Türkiyənin tanınmış televiziyası “Kanal D”dir. AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Kanal D”-nin sahibi “Doğan” holdinqin rəhbəri Aydın Doğan artıq azərbaycanlı iş adamı ilə bu haqda söhbət edib bir sıra razılıq əldə edilib.

Artıq bir neçə aydır ki, “Doğan” holdinqin sahibi Aydın Doğan “Kanal D”ni satışa çıxarmışdı. Bundan öncə isə o, bir neçə media qrumunu satmışdı.

Qeyd edək ki, Aydın Doğan Türkiyədə “media imperatoru” ləqəbi ilə tanınır.

OXŞAR XƏBƏRLƏR