Azərbaycanlı milyarderə borc vermədilər

Azərbaycanlı milyarderə borc vermədilər
Bütün Xəbərlər
14:17 03.06.2015
1870
Qara dəniz Ticarət və İnkişaf Bankı azərbaycanlı neft maqnatı Vahid Ələkbərova "Şahdəniz-II" yatağındakı investisiya payını maliyyələşdirmək üçün kredit ayırmaq məsələsinə baxır.
Açıqlamaya əsasən, bank "LUKoil"un törəmə şirkəti "LUKoil Overseas Shahdeniz Ltd" şirkətinə "Faza-2" müqaviləsi çərçivəsində "Şahdəniz" yatağının işlənməsi layihəsindəki işlərin maliyyələşdirilməsi üçün kredit ayırmaq imkanlarını nəzərdən keçirir. Bank şirkətin nə qədər kredit almaq üçün müraciət etdiyini açıqlamır.
Məlumatda deyilir: "Banka təqdim edilən layihə iki dəniz platformasının tikintisi, Səngəçal terminalının genişləndirilməsi və Cənub-Qafqaz boru kəməri magistralının Bakı-Gürcüstan-Türkiyə sərhədi hissəsinin tikintisini nəzərdə tutur".
"Şahdəniz-II" layihəsinə 28 milyard dollara yaxın investisiya qoyuluşu planlaşdırılıb.
Xatırladaq ki, "LUKoil" Azərbaycanın "Şahdəniz" yatağında 10 faizlik paya malikdir. Rusiya şirkəti layihədəki payını idarə etmək üçün "LUKoil Overseas Shahdeniz Ltd" törəmə şirkətini yaradıb. Müqaviləyə əsasən, "Şahdəniz-II" layihəsinə dair investisiyanın 10 faizini Vahid Ələkbərovun şirkəti qoymalıdır.
Lakin azərbaycanlı neft maqnatı bu işləri maliyyələşdirmək üçün çoxdandır kredit mənbələri axtarsa da çətinliklərlə üzləşib.
"LUKoil" şirkəti hələ Ukrayna ətrafında böhran dərinləşməzdən əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankından "Şahdəniz" üçün kredit istəmişdi. O vaxt bank açıqlamışdı ki, "LUKoil" yataqdakı payını maliyyələşdirmək üçün 1 milyard dollar kredit istəyir.
Lakin bank kredit məsələsinə baxılmasını bir neçə dəfə təxirə saldı. Və indi belə görünür ki, Vahid Ələkbərov Avropa Bankından əl üzərək Qara dəniz regional bankına üz tutub. Ehtimal ki, Avropa bankı Ukrayna məsələsinə görə Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsinə görə "LUKoil"a kredit verməyib. Habelə "LUKoil" Qərbin Rusiyaya qarşı bəzi sanksiyalarının təsiri altına düşür.
Qara dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ildə Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək vermək və regional əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Onun təsisçiləri 11 ölkə - Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovadır. Azərbaycanın bankın səhm kapitalında payı 5 faiz təşkil edir.
///anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov