Azərbaycanlı müğənni Leyla Rəhimova ABŞ-a köçüb.
AZXEBER.COM-un məlumatına görə, müğənni ABŞ-da yaşayan azərbaycanlı ilə ailə həyatı qurub və birdəfəlik ölkəni tərk edib.
Cütlüyün qız toyu Azərbaycanda, oğlan toyu isə ABŞ-da olub.
Qeyd edək ki, Leyla bir müddət öncə "O səs Türkiyə" yarışmasına qatılmış və səsiylə hər 4 münsifin diqqətini cəlb etmişdi.