Azərbaycanlı müğənni Ağdamın işğalı günü “Diriliş marşı” oxudu - VİDEO

MAQAZİN
13:34 23.07.2020
965
Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva vətənpərvərlik mövzusunda yeni layihəsini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, "Əziz müəllimim”, "Mehriban həkim” mahnılarının müəllifi bu dəfə hərbi geyimdə mahnı ifa edib.
 
"Diriliş marşı” adlanan mahnının sözləri şair Əyyub Qiyasa aiddir. Sənətçi son günlər Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrdən təsirlənərək ərsəyə gətirdiyi mahnıya klip də çəkdirib. Ekran işində gənc istedadlı aktyor Türkay Cəfərli də rol alıb.
 
Klipdə həmçinin Tovuzda qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin kadrları, ordumuzun gücünü əks etdirən video görüntülər də yer alıb.
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet