AZXEBER,COM-un məlumatına görə, müğənni bu dəfə “Şükür ki, ölməmişəm” adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında açıqlama verən Xumar Qədimova bildirib ki, sözügedən mahnıya tezliklə klip çəkdirəcək: “Xatırlayırsınızsa, “Sevgi harayı” mahnımın təqdimatı zamanı demişdim ki, Sona Vəliyevanın sərbəst vəzində yazdığı daha iki şerinə mahnı bəstələyəcəyəm. Həmin mahnılardan biri indi təqdim etdiyimiz “Şükür ki, ölməmişəm” mahnısıdır. İkinci mahnı isə hazırda aranjemanda olan “Əllərim” mahnısı olacaq".Xumar Qədimova onu da bildirib ki, sərbəst vəzində yazılan şeiri mahnıya çevirmək olduqca çətindir.Qeyd edək ki, sözügedən mahnının sözlər iSona Vəliyevaya, musiqisi Xumar Qədimovaya, aranjemanı Yaşar Baxış və Mahir İbrahimova aiddir.