Azərbaycanlı müğənni türk serialına çəkiləcək

MAQAZİN
11:04 08.08.2012
3260
Azərbaycanlı müğənni Elyanə Əhmədova müxtəlif obrazlara girməyi sevir. Müğənni day.az saytına bildirib ki, fotoqraflar onunla işləməyi sevirlər. Çünki o asanlıqla müxtəlif obrazlara girə bilir. Bu dəfə fotoqraf Asif Əliyev onu "üsyançı" obrazında çəkib. Bu obrazda da müğənni hər kəsi özünün qeyri-adi görünüşü ilə heyran etmək istəyir. Söhbət zamanı E.Əhmədova deyib ki, bu yaxınlarda Türkiyə seriallarından birinə çəkilmək üçün təklif alıb. Yaxın günlərdə İstanbula getməyə hazırlaşır. "Serial sevgi hekayəsi əsasında çəkilir. Üç qız üç oğlana vurulub. Mən orada baş rollardan birinin ifaçısı olacam. Türk dilində danışmalı olacam. Türk dilini bilirəm, amma mükəmməl səviyyədə danışmağı bacarmıram. Ona görə də bir az öyrənməli olacam", - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR