Azərbaycanlı müğənni Türkiyə və Özbəkistan yığmaları üçün oxudu, gündəm oldu - VİDEO

Azərbaycanlı müğənni Türkiyə və Özbəkistan yığmaları üçün oxudu, gündəm oldu - VİDEO
MAQAZİN
15:28 14.06.2026
544
Azərbaycanlı müğənni Aynur Yusifova futbol üzrə Dünya Çempionatında Türk dünyasının iki təmsilçisi Türkiyə və Özbəkistana dəstək məqsədilə "Sizinlədir Azərbaycan” adlı mahnı oxuyub.

Azxəbər Media-nın təşəbbüsü ilə hazırlanan layihə Azərbaycanla yanaşı Türkiyə və Özbəkistanda da böyük maraqla qarşılanıb.

Müğənni  Aynur Yusifova yeni mahnısı ilə bağlı açıqlamasında deyib: 

"Türk dünyası tarixdə ilk dəfə olaraq Futbol üzrə Dünya Çempionatında iki ölkə ilə – Türkiyə və Özbəkistanla təmsil olunur.

Bu əlamətdar hadisə münasibətilə "Azxəbər Media”nın təşəbbüsü ilə qardaş ölkələrimizə dəstək məqsədilə "Sizinlədir Azərbaycan” adlı layihə hazırladıq.

Qeyd edim ki, bu layihə Özbəkistanın "Bojalar” qrupunun yığma komandalarına dəstək məqsədilə hazırladıqları layihədən təsirlənərək həyata keçirilib.  

Mahnının bəstəkarı Otobek Mirzaholov, rejissoru Rüfət Adampara, mix-masteri Rasim Əsgərov, montaj üzrə işi isə Nicat Nazimə aiddir. 

Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.

Qardaş Türkiyə və Özbəkistana Dünya Çempionatında uğurlar və parlaq qələbələr diləyirik”.

Həmin ifanı təqdim edirik:


OXŞAR XƏBƏRLƏR