Azərbaycanlı müğənni xalq mahnımızı erməni dilində oxudu – VİDEO FAKT

MAQAZİN
23:21 22.08.2012
4491

Əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş Azərbaycan mahnısını erməni dilində oxuyub.

AZXEBER.COM-un məlumatına görə, “Youtube”da yayımlanan videoda “Gedək üzü küləyə” mahnısını Ququş erməni dilində musiqiçilərin müşayəti ilə ifa edib.

Qeyd edək ki, sözləri Əliağa Kürçaylı, musiqisi Elza İbrahimovaya məxsus kompozisiya xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardandır. Ququş “Gedək üzü küləyə” mahnısını 2010-cu ildə ifa etsə də, sosial şəbəkələrdə yeni yayılmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR