Azərbaycanlı müğənni xəbər aparıcısı oldu - FOTO

MAQAZİN
14:56 30.11.2012
4768
Daha bir azərbaycanlı müğənni xəbər aparıcısı olub.AZXEBER.COM-un məlumatına görə, stilist Anar Ağakişiyevin rəhbəri olduğu və "Kanal S"də efirə yayımlanan "Dəbin hökmü" verilişinin çəkilişləri üçün Şəkidə olan müğənni Sevda Yəhyayeva kanalın xəbər buraxılışının aparıcısı olub.30 dəqiqə ərzində Azərbaycan və dünya da baş verən hadisələrin xülasəsini tamaşaçılara çatdıran Sevda yenidən xəbər aparıcısı olmaq istəyini gizlətməyib. İlk dəfə aparıcılıq edən müğənni həmçinin "Kanal-S" televizyasının "Gecənin yarı" verilişində də aparıcılıq edib.Saat yarım efirdə olan Sevda ifası ilə heyranlarını sevindirib. O, Azərbaycanın demək olarki, bütün regionlarından olan telefon zənglərini cavablandırıb.

OXŞAR XƏBƏRLƏR