Müğənni Ayan Babakişiyeva yerli telekanallardan birinə öz planlarını açıqlayıb.O deyib: "İndi "Ya ona dön, ya məni sev" mahnıma klip çəkilişləri ilə məşğulam. Onun sözləri və musiqisi Xanım İsmayılqızına məxsusdur, rejissorluğu isə Ceyhun İbrahimov edəcək. Bu klipdə mən iki obraz yaradacam: onlardan biri özü üçün yaşayan, o biri isə kobud, özündənrazı qızdır". Ayan həmçinin bildirib ki, Türkiyədə çox məşhur olan "Muhteşem yüzyıl" serialına çəkilmək arzusundadır. "Bəlkə mənə də klip çəkilişlərindən sonra hansısa serialda rol təklif etdilər. Mən böyük məmnuniyyətlə "Muhteşem yüzyıl"dakı Hürrəm obrazını yaradardım. Doğrusu, mən həmin aktrisadan daha yaxşı oynayardım", - deyə Ayan iddiasını gizlətməyib. /// day.az