Azərbaycanlı musiqiçinin erməniylə videosu yayımlandı – VİDEO
Azərbaycanlı klarnet çalan Zahid Sabirabadlının ermənilərlə videosu yayılıb. AZXEBER.COM xəbər verir ki, bu ilin martında “youtube” video paylaşım saytına yüklənən videoda Zahid erməni müğənni Yuriylə eyni səhnəni bölüşür. Videoda ilk olaraq Zahid klarnet çalır, sonra isə Yuri ona yaxınlaşır və azərbaycan mahnısını olan “Mənim balam kim neylər?” və Azərbaycan muğamını ifa edir. Olduqca mehriban görünən cütlüyün videosu Moskvada olan restoranların birində çəkilib.
Videonu “youtube”yə ermənilər yükləyib və “Azərbaycanlılar və ermənilər bir arada” adını verib. Daha bir maraqlı məqam ondan ibarətdir ki, videoya şərh yazan azərbaycanlılar iki dövlətin “qardaşlığından” danışır və müharibəni Rusiyanın oyunu adlandırır.
AZXEBER.COM həmin videonu təqdim edir. Qeyd edək ki, bu video Azərbaycan saytları arasında ilk olaraq AZXEBER.COM-da yayımlanır. Buyurun, özünüz baxın və qiymət verin.