Azərbaycanlı nazir: 'Artıq gənclər çayxanada toplanmayacaq'

Azərbaycanlı nazir:
Bütün Xəbərlər
14:32 04.07.2012
2268
“Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq”. Bunu jurnalistlərlə görüşdə gənclər və idman naziri Azad Rəhimov deyib.O bildirib ki, bu gün Azərbaycanda 13 “Gənclər evi” tikilib və hazırda regionlarda 10 “Gənclər evi” inşa edilir: “Artıq gənclər çayxanada deyil, “Gənclər evi”ndə toplanacaq. Orada həm kitabxana, həm əyləncə mərkəzləri, həm də diskotekalar təşkil olunacaq”.Nazir qeyd edib ki, “İşğal altında” kompüter oyunu bu yaxınlarda təqdim olunacaq. Həmin oyun vasitəsilə gənclər kompüter qrafikası ilə virtual olaraq Şuşanı işğaldan azad edə bilərlər.
OXŞAR XƏBƏRLƏR