G-20 ölkələrinin xarici işlər nazirləri ailə fotosunu Meksikanın ənənəvi geyimi ilə çəkdiriblər
Meksikada G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyası keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi görüş maraqlı məqamlarla yadda qalıb. Belə ki, görüşdən sonra naizirlər ailə fotosu çəkdiriblər. Bu zaman onlar Meksikanın ənənəvi geyimi olan "guayebera" adlı ağ köynək geyiblər."G-20" ölkələrinin XİN rəhbərləri arasında ancaq ABŞ-ın dövlət katibi Hillari Klinton fərqli geyimdə olub. Belə ki, Hillari Klinton həmkarlarından fərqli olaraq fıstıq yaşılı rəngli geyimlə şəkil çəkdirib.(anspress)