Azərbaycanlı nazirlər yay tətilini harada keçirir? - SORĞU

Azərbaycanlı nazirlər yay tətilini harada keçirir? - SORĞU
Bütün Xəbərlər
15:07 08.08.2012
3294
Yay fəslinin gəlməsi hər bir insanda istirahət etmək tələbatı yaradır. İlin 11 ayını işləyən insanlar bir ayı da istirahətə sərf etməyə çalışırlar. Bu istirahətin isə yay fəslinə düşməsinə çalışanlar daha çoxdur. O cümlədən də məmurlar – nazirlər, komitə sədrləri...  Görəsən, dövlət qurumlarımızın rəhbərlərinin yayda istirahət etməklə araları necədir? Hansı dövlət məmurlarının yayda məzuniyyət hüququndan istifadə etdiyini öyrənmək məqsədi ilə kiçik araşdırma aparıb. Araşdırmamızın nəticəsini təqdim edirik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az-a deyib ki, Baş nazir Artur Rasizadə iyul ayında məzuniyyətə çıxıb: “Artur müəllim iyulun 9-16-sı aralığında məzuniyyətdə olub. O da insandır, dincəlməyə ehtiyacı var. Qanunla Baş nazirin 36 günlük məzuniyyət haqqı var. Amma o, işin gərginliyini nəzərə alaraq, öz məzuniyyət müddətinin bir həftəsini istirahətdə olub. Həmin müddətdə də prosedura uyğun olaraq ölkəyə gələn qonaqları Baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb, eyni zamanda Nazirlər Kabinetinin bu tarixlərdə verdiyi qərarlara imza atıb. Bir həftəlik məzuniyyətdən sonra Baş nazir iş başına qayıdıb”. Nəqliyyat naziri Ziya Məmmədov hələ ki, iş başındadır. Adətən avqust ayının ortaları və axırı istirahət götürən nazir məzuniyyət günündən müxtəlif cür istifadə edir.  ”Bəzən elə olur ki, bir hissəsini götürür, bir hissəsi sonraya qalır. Elə də olur ki, bir ayı bütövlükdə istirahətə sərf edir. Yəni hər şey onun işlərinin çoxluğundan asılıdır”-deyə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib. Z.Məmmədovun məzuniyyətə nə vaxt çıxacağı məsələsinə gəlincə, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, bir həftə və ya 10 gün ərzində bu bəlli olacaq. Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov isə hazırda London Olimpiadası ilə bağlı Azərbaycanda deyil. Amma hələ də rəsmi məzuniyyətə çıxmayıb. Füzuli müəllim Londona Azərbaycan Cüdo Federasiyasının prezidenti qismində gedib. Nəzərə alsaq ki. Olimpiadada cüdoçularımız 0 nəticə göstəriblər, onda cənab nazirin kefinin necə olduğunu təsəvvür edə bilərik. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq iki gündür ki, məzuniyyətə çıxıb. Onun məzuniyyəti iki həftədən artıq çəkmir. Adətən, iyul ayında məzuniyyətə çıxan nazir bu il keçirilən Kino Günü münasibəti ilə əlaqədar gecikib. Bu barədə Modern.az-a nazirlikdən məlumat verdilər. Ailə, Qadın, Uşaq Problemləri üzrə Komitəsinin rəhbəri Hicran Hüseynova isə iyul ayının ortalarından məzuniyyətə çıxıb. Digər nazirlərdən fərqli olaraq maliyyə naziri Samir Şərifov artıq  məzuniyyətdən qayıdıb. İyul ayında istirahətə gedən nazir 10 günlük dincəlib. Məzuniyyət günündən istifadə etmə müddəti isə fərqli olur. Kənd təsərrüfatı naziri İsmət Abasov isə məzuniyyətə çıxmağa tələsənlərdən deyil. Hələ ki iş başındadır. Maksimum 10 gün dincəlir.  Amma dəqiq bilinmir ki, istirahətə nə zaman gedəcək. İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 6-dan istirahətə gedib və 13-nə kimi işə qayıdacaq. Daxili işlər naziri Ramil Usubov isə hazırda xidməti vəzifəsindədir. Səhiyyə naziri Oqtay Şirəliyev də məzuniyyətə çıxıb.   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iş başındadır. Meriyadan bildirdilər ki, həmişə gərgin qrafiklə işləyən Hacıbala müəllimin məzuniyyətə nə zaman çıxacağı bəlli deyil. Vergilər naziri Fazil Məmmədov da yayda dincəlməyə üstünlük verib və hazırda da bu hüququndan istifadə edir. Nazirin məzuniyyətdən qayıdacağını dəqiq demədilər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da yayda dincələn dövlət məmurlarından geri qalmayıb, hazırda istirahət edir.  Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova da aid etmək olar, o da hazırda istirahətdədir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlı isə hələ də  iş başındadır. Adətən, iki həftəlik məzuniyyətə çıxan komitə rəhbəri bu ay hüququndan istifadə edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin məzuniyyətə çıxmağa vaxtı yoxdur. Yalnız ilin sonlarında belə bir şansı olacaq. Çünki hazırda qəbul imtahanlarının qızğın çağıdır. İmkan edib məzuniyyətə çıxa bilməyənlərdən biri də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. O hələ də iş başındadır./modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı