Azərbaycanlı neft milyonçusunun bağ evində tarixi "dəfn etdilər"– FOTO - VİDEO

Azərbaycanlı neft milyonçusunun bağ evində tarixi "dəfn etdilər"– FOTO - VİDEO
SOSİAL
11:44 26.08.2016
13972
İri Bakı neft sahibkarı, mesenat Murtuza Muxtarovun Mərdakandakı bağ evinin fasadı təmir olunur.
AZXEBER.COM baku.ws-ə istinadən bildirir ki, Mərdəkanda yerləşən Dendrologiya İnstitutundakı bağ evinin fasadı aqlayla üzlənir. Eyni "qotik" üslubunda "gəmi" formasında layihələndirmiş bu tarixi bina Murtuza Muxtarovun ən çox sevdiyi bağ evi olub. Nə qədər qəribə olsa da, binanın restavrasiyası zamanı tarixi görkəm nəzərə alınmayıb. Müasir üslubda təmir olunan bina kənardan restoranı və ya bələdiyyə binasını xatırladır.
Neft milyoneri Murtuza Muxtarovun xüsusi həvəslə inşa etdirdiyi bağ evinin divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarərdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün ikimərtəbəli bina ucaldılıb.
 
O, Abşeronu gəzib onu ən gözəl guşəsi və iqlim şəraitini nəzərə alaraq məhz Mərdəkanda bugünkü Dendrologiya İnstitutunu özünə bağ evi seçmişdir. Buraya Lənkarandan gəmilərlə torpaq gətirilmiş və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi. Ümumi sahəsi 12 ha olan Dendrologiya İnstitutu Abşeron yarımadasının şimal-şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyəsindən 8,2m hündürlükdə olub, illik orta temperatur təxminən 13-15C-yə bərabər olur. Qış aylarında temperatur 8-8,2 C təşkil edir, isti yay günlərində rütubətlik 35- 40% aşağı düşür. Abşeronda illik yağıntının miqdarı 120-270 mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır.
Bağda su hovuzları ilə yanaşı, 6 süni şəlalə inşa edilib ki, bu da bağın ümumi kompozisiyasında çox gözəl görünür. Dendrologiya İnstitunun tarixini əks etdirən inşası hələ də hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil, həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8-13 m, orta dərinliyi isə 36 m təşkil edir. Bu quyuların 3 keçid xətti var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır