Azərbaycanlı olmaq fəxrdir

Azərbaycanlı olmaq fəxrdir
Bütün Xəbərlər
10:16 26.07.2014
1210
Biz bu cür gözəl ölkənin vətəndaşları olmağımızla fəxr edir və bizə göstərilən diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk.Bu sözlər Gədəbəy rayonunun rus icmasının rəhbəri Nikolay Bıçkovun AzərTAc-a daxil olmuş məktubunda bildirilir.İcmanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin noyabr ayında Gədəbəy rayonunun Slavyanka kəndinin sakinləri ilə görüşündən söhbət açaraq qeyd edir ki, dövlətimizin başçısı kənd sakinlərini diqqətlə dinləyərək kəndlərin qazlaşdırılması, yeni məktəblər tikilməsi, yeni yollar salınması barədə tapşırıqlar verdi. Bütün bu tapşırıqlar qısa müddətdə yerinə yetirildi.
OXŞAR XƏBƏRLƏR