Azərbaycanlı polisdən ayaqyolunun pəncərəsindən qaçmağa çalışdı

Azərbaycanlı polisdən ayaqyolunun pəncərəsindən qaçmağa çalışdı
Bütün Xəbərlər
17:23 06.11.2015
1242
O, asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Moskvada qarətdə şübhəli bilinən azərbaycanlı polisdən administrativ binanın üçüncü mərtəbəsində yerləşən ayaqyolunun pəncərəsindən qaçmağa çalışıb, RuNews24 məlumat yayıb.
Oxu.Az xəbər verir ki, noyabrın 5-də Xalq ordusu küçəsində yerləşən polis şöbəsinə qarətdə şübhəli bilinən 22 yaşlı azərbaycanlı gətirilib.
Dindirilmə zamanı şübhəli bilinən şəxs fasilə üçün xahiş edib və ayaqyoluna gedib. Orada isə üçüncü mərtəbənin pəncərəsindən qaçmağa cəhd edib, amma asayiş keşikçiləri tərəfindən administrativ binanın yaxınlığında saxlanılıb.
Saxlanılan şəxsi müstəntiq ilə söhbəti davam etdirmək üçün geri qaytarıblar.
Qaçışa cəhdə lazımi hüquqi qiymət veriləcək.
OXŞAR XƏBƏRLƏR