Azərbaycanda ilk şou-biznes prodüserlərindən biri kimi tarixə düşən Ziba Məcidova vəfat edib. 1 iyul 1973 təvəllüdlü Ziba xanım 26 apreldə dünyasını dəyişib. Ailəsinin bildirdiyinə görə, ailə həyatı qurmayan xanım prodüser və təşkilatçı qan xərçəngindən əziyyət çəkib. Prodüser xəstəliyini ailəsi və yaxınlarından gizli saxladığından, hər kəs onun xəstəlikdən əziyyət çəkməsindən xəbərsiz olub. Əzizləri yalnız onun vəfatından sonra həkimlərin verdiyi arayış nəticəsində bundan xəbərdar olublar.Qeyd edək ki, Azərbaycanda ilk şou-biznes prodüseri kimi tarixə düşən Ziba Məcidova bir çox layihələrin prodüseri və təşkilatçısı olub. Son illərdə şəxsi fəaliyyətlə məşğul olmaqla yanaşı "Ultras Production" şirkəti ilə əməkdaşlıq edirdi.Allah rəhmət eləsin!