Azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızı şantaj edilib.
Bu barədə AZXEBER.COM-a zərərçəkən özü məlumat verib.
Aynur Qurbanqızı portalımıza açıqlamasında bildirib ki, tanımadığı şəxslər onun şəkillərini “Facebook” sosial şəbəkəsində təhqiramiz formada yayıblar və daha sonra “azadqadin.az” saytına hücum ediblər. Nəticədə saytdan bütün məlumatlar silinib və portalın fəaliyyəti 10 günlük dayandırılıb. Aynur Qurbanqızı, bu azmış kimi, naməlum şəxslərin “Pulum da var, adamım da. Bizə heç nə edə bilməzsən” deyərək onu təhdid etdiyini bildirib. Jurnalist artıq məsələ ilə bağlı polisə şikayət edib və hazırda Nəsimi rayon 19 saylı polis idarəsində hadisə araşdırılır.