Azərbaycanlı qadının Türkiyədə şok cinayəti üzə çıxdı – TƏFƏRRÜAT

Azərbaycanlı qadının Türkiyədə şok cinayəti üzə çıxdı – TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:00 22.02.2012
4822

Türkiyənin İstanbul şəhərində yaşayan 4 uşaq anası 67 yaşlı Nuray Özdəniz 11 gün əvvəl yoxa çıxıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaşlı qadını tapmaq üçün onun yaxınları "ATV" kanalındakı “Müge Anlı ilə Tatlı Sert”ə adlı proqrama müraciət ediblər. Nəticədə qadının yaxınları cümə axşamı və cümə günü canlı yayıma çıxıblar. Özdənizin qonşusu olan Azərbaycan vətəndaşı Sevda Yılmaz da canlı yayıma qoşulub. O, yaşlı qadını gördüyünü söyləyib. Ancaq bütün səylərə baxmayaraq qadından heç bir xəbər çıxmayıb. TV aparıcısı Müge Anlı "Evinizin zirzəmi və mənzil ətrafına baxın" deyib.

Qadının qohumu dünən saat 18:00-da binanın zirzəmisinə düşərək ətrafa nəzər yetirib. Bu zaman o qadının cəsədi ilə qarşılaşıb. Hadisə yerinə gələn polis qadının 24 dəfə kürəyindən bıçaqlanaraq öldürüldüyünü aşkar edib. Polis Özdəmirin qonşusu Sevda və onun həyat yoldaşının ifadəsini alıb. 1 uşaq anası Sevdanın verdiyi əsassız ifadələr, onu polisin bir nömrəli şübhəli şəxsi edib.

Bir müddət sonra Sevda Yılmaz polisə "Mən mətbəx xərcimdən artıraraq 500 TL yığdım. Pulu saxlaması üçün Özdənizə verdim. Bir neçə gün sonra isə ayaqqabı ustası olan ərimin avtomobilində problem yarandı və bizə təcili pul lazım oldu. Mən ondan pulumu istəsəm də, o məni təhqir etməyə başladı. Mətbəxdəki çörək bıçağını götürüb, kürəyindən bıçaqladım. Evin zirzəmisinə girdi və sonra da yerə yıxıldı. Həmin vaxt həyat yoldaşım evdə idi və televiziyaya baxırdı. Onun bu hadisəylə heç bir əlaqəsi yoxdur” deyə ifadə verib.

Polis Sevda Yılmaz və həyat yoldaşını nəzarətə götürüb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR