Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb edən şəxsə hökm oxundu

KRİMİNAL
19:55 05.10.2021
882
Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə insan alverinə görə axtarışa verilən 1980-ci il təvəllüdlü İbrahimova Samirə Tahir qızının işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.İbrahimova 8 il azadlıqdan məhrum edilib.

Gəncə şəhər S.İbrahimova Cinayət Məcəlləsinin 144-1.1-ci (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb.

İnsan alveri maddəsi ilə 2017-ci ildə beynəlxalq axtarışda olan S.İbrahimova Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Onun Azərbaycandan qadınları iş adı ilə Türkiyə və digər ölkərə apardığı, orada onları istismar edən insan alverinin qurbanına çevirdiyi bildirilir.
 
//milli.az

OXŞAR XƏBƏRLƏR