03:10 Cümə Axşamı, 21 Noyabr 2019
GƏNCLİK

Azərbaycanlı qan xeyriyyəçiləri Litvada qan verib

17:57, 27.11.20185326
Azərbaycanlı qan xeyriyyəçiləri Litvada qan verib
 "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin idarə heyəti və bir qrup qan donoru Litvanın Vilnüs şəhərində keçirilən "Donorların sağlam həyat tərzi" təlim layihəsində iştirak ediblər. 
 
AZXEBER.COM xəbər verir ki, layihə müddətində ölkəni təmsil edən heyət Litvanın Mərkəzi Qan Bankını ziyarət edib, orada həyata keçirilən qan donorluğu proqramları və prosesləri ilə yaxından tanış olublar. Səfərdə iştirak edən Azərbaycanlı qan xeyriyyəçiləri könüllü qan veriblər. Layihənin yekununda bütün iştirakçılar sertifikatlar ilə təltif olunublar.
 
Qeyd edək ki, Qan Donorları Assosiasiyası mütəmadi olaraq donorluq sahəsində beynəlxalq düşərgələr təşkil edir, insanların sağlam həyat tərzi keçirmələri istiqamətində maarifləndirilmələrinə dəstək olur.
XƏBƏR LENTİ