Azərbaycanlı “qanuni oğru”nun onlarla qətlinin üstü açılır

Azərbaycanlı “qanuni oğru”nun onlarla qətlinin üstü açılır
KRİMİNAL
22:46 03.06.2018
6034
Rusiyanın cinayət istintaq idarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiyanın əməkdaşlarının həyata keçirdiyi həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq. Moskvanın "Ağ ev” restoranında Hacı Beyləqaski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətllərdə hallanır.  İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib. 

Bu barədə "Moskovski komsomolets” Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanovaya istinadla məlumat yayıb. 

O qeyd edib ki, Beyləqanskiyə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (Danabaş ləqəbli) öldürülməsində təqsirli bilinir. 

Aslan Usoyanın (Ded Həsən) yaxın adamı və "Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanı güllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb). 

Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanır, ancaq əsas "namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Caniyev göstərilib. 

O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət və dünyadakı kriminal aləmdə yeri ilə bağlı Ded Həsənlə mübarizə aparıb. 

Usoyan "Staroy kbitika” restoranında 2013-cü il yanvarın 16-da öldürülüb. Caniyev isə 2016-cı il yanvarın 18-də İstanbulda qətlə yetirilib. 

"MK” yazır ki, Rusiya xüsusi xidmət orqanları Lənkəranskinin ətrafını diqqətlə araşdırır. Hacı Beyləqanski bu siyahıda ilk pillələrdən birini tuturdu və Rövşən bir çox məsələlərdə ona güvənirdi. Hacı 2012-ci ildə Dubayda Lənkəranskinin təşəbbüsü ilə taclandırılıb. 

Maraqlıdır ki, Caniyevin ölümündə onun "sağ əli” olan Beyləqanski ittiham olunub (Hadisə zamanı Hacı Lənkəranskinin maşınında olub və hətta onu xilas etməyə çalışıb). Bu qətldə əsas səbəb kimi Hacının qısa zamanda varlanması göstərilib: o, "Mersedes” markalı zireli avtomobil və Antalyada ev alıb. 

Hacı həbs olunsa da, heç bir sübut aşkar olunmadı. Hacının növbəti həbsi isə Lənkəranskinin qatı düşməni Lotu Quli ləqəbli Nadir Səlifovla  bağlı idi. 

Məlumatlara görə, Lotu Quli hazırda Albaniyada yaşayır. O, Tirana İstanbuldan gəlib. Hacı 2017-ci il sentyabrın 12-də Tiflisdə Qulinin yaxın adamı Elşən Məmmədovun qətlində ittiham olunur. 

Noyabrda isə Hacı Lotu Qulinin evinə basqın edib. Ancaq Nadir Səlifov bu hadisədən yayına bilib. Bir müddət öncə yayılan məlumatlara görə, Hacı Quliyə hücum üçün Moskvada yeni plan hazırlayır. Ona bu işdə Lənkəranskinin qardaşı Zaur Əhmədov kömək edir. 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”