Gənc rejissor Elvin Abdullayev yeni işini təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Tolerantlıq Diyarı” layihəsinin video-çarxı sosial şəbəkələrdə yayımlanıb.
Layihənin rəhbəri gənc fəal Orxan Rəhimzaddir. Layihədə əsas məqsəd Azərbaycanda real tolerantlıq mühitini gənclərə təbliğ etmək olub.
Layihə çərçivəsində hazırlanan video-çarxın isə rejissoru Elvin Abdullayev olub. Tanınmış rejissor video-çarxda yahudi, xristian, müsəlman dinlərinə sitayiş edən gəncləri bir araya toplayaraq Azərbaycanda olan azad toleratlıq mühitini tamaşaçılara təqdim edib.
Həmin video-çarxı təqdim edirik: