Azərbaycanlı repçilər Türkiyəni heyran etdi - VİDEO

Azərbaycanlı repçilər Türkiyəni heyran etdi -  VİDEO
Bütün Xəbərlər
14:41 10.11.2015
3053
Azərbaycanın rep qrupu “Nağd Pul” “O səs Türkiyə” verlişində çıxış edib.
AzNews.az-ın məlumatına görə, dörd məşhur mahnını remiks edən həmyerlilərimiz (Afiq Novruzov və Hilal) "Bizi tanımağınıza az qaldı" adlı repini səsləndiriblər. Qrup söylədikləri rep ilə hər dörd münsifi özlərinə tərəf döndərə biliblər. Hətta proqramın münsif xanımları Ebru Gündeş və Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs edib.
Tamaşaçıların istəyi ilə mahnını ikinci dəfə ifa edən həmyerlilərimiz sonda Gökhan və Hakan Özoğuzu seçiblər.
Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan yarışma proqramının münsiflər kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuz qardaşları oturub. Onu da bildirək ki, "O səs Türkiyə"nin keçən ilki qalibi azərbaycanlı ifaçı Elnur Hüseynov olub.
OXŞAR XƏBƏRLƏR