Azərbaycanlı reper Nado Ukraynadan olan VİP qrupunun dəstəyi ilə Türkiyənin "Show TV" telekanalında nümayiş etdirilən "Yetenek Sizsiniz Türkiye" teleşousunun finalına yüksəlib.AZXEBER.COM Trend Life-a istinadən bildirir ki, VİP qrupunun rəhbəri və solisti Svetlana Yaremçukun dediyinə görə, onların səhnədə birgə çıxışı uğuru təmin edib."Qeyri-adi, ekstravaqant qrupun çıxışı heyətində Sergen Yalçın və Hülya Avşar olan münsiflər heyətinin çox xoşuna gəldi", - Yaremçuk deyib.Səhnədə əkiz bacılar İnna və Marina İşenko ilə birlikdə çıxış edən Yaremçuk çıxışlarının şouda böyuk maraqla qarşılandığını da vurğulayıb.