Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb

Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
İDMAN
20:53 12.04.2026
921
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

AZXEBER.COM xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda imza atıb.

Belə ki, o, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.

Bu rekord türkiyəli Osman Gürcüyə məxsus idi (16.70). N. Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.

/report
OXŞAR XƏBƏRLƏR