İdman Azərbaycan kanalının xəbərlər proqramının aparıcısı Günay Rəhimova bu gün 23 yaşını qeyd edir.
AZXEBER.COM-un məlumatına görə, teleaparıcı bu doğum günün digərlərindən çox fərqləndiyini bildirib. Belə ki, Günay “facebook” səhifəsində dostları tərəfindən təbrik atəşinə tutulub. Teleaparıcı, bunun çox sevindirici bir hal olduğunu deyib.
Doğum gününü ailəsi ilə birgə keçirəcəyini bildirən Günay, bu günədək ən dəyərli hədiyyəni atası tərəfindən aldığını deyib.
Qeyd edək ki, Günay Rəhimova İdman Azərbaycan kanalından əvvəl Space və Xəzər televiziyasında da çalışıb.
Ozal İbrahimli