Azərbaycanlı tələbə Türkiyə birincisi oldu

GƏNCLİK
23:29 18.08.2011
4896

Türkiyǝdǝ tibb ixtisasında bakalavr tǝhsilini tamamlayan Azǝrbaycanlı tǝlǝbǝ Dr. Mǝhǝmmǝd Qafarov bu yaxınlarda Türkiyǝdǝ keçirilǝn TUS (Tibbdǝ Mütǝxǝssislik İmtahanı) imtahanında xarici tǝlǝbǝlǝr arasında birinci olub.

AZXEBER.COM-un məlumatına görə, Məhəmməd 2004-cü ildǝ ǝn yüksǝk nǝticǝ ǝldǝ edǝrǝk universitetə qǝbul olub vǝ dǝrslǝrindǝ göstǝrdiyi müvǝffǝqiyyǝtlǝrǝ görǝ 2007-ci ildǝn etibarǝn Türkiyǝ Respublikasının İstanbul Universitetinin İstanbul Tibb Fakültǝsindǝ tǝhsilini davam etdirib. Mǝhǝmmǝd bu il xarici tǝlǝbǝlǝr arasında TUS (Tıpta Uzmanlık Sınavı) üzrǝ Türkiyǝ birincisi olaraq Azǝrbaycanın adını layiqincǝ tǝmsil edib. Dr. Mǝhǝmmǝd Qafarov bundan sonrakı tǝhsil pillǝsindǝ vǝ akademik kariyerasında daha yüksǝk nǝticǝlǝr göstǝrǝcǝyinǝ vǝ dövlǝtini, xalqını beynǝlxalq müstǝvidǝ layiqincǝ tǝmsil edǝcǝyini bildirib.

AZXEBER.COM portalı olaraq birinciliklə başlayan uğurlu addımların sahibinə - gələcəyin akademikinə bundan sonrakı təhsilində və həyatında bir-birini izləyən birincilik uğurları arzulayırıq.  

OXŞAR XƏBƏRLƏR