Azərbaycanlı tələbələr DAU-nu seçir

GƏNCLİK
22:23 26.10.2011
2568

Bu istək nədə qaynaqlanır?

Son illər orta məktəbi bitirən azərbaycanlı məzunların xaricdə təhsil almaq meyli daha da artıb. Onların ən çox üz tutduğu ölkələrdən biri də Şimali Kipr Respublikasıdı. Belə ki, hər il buraya minlərlə azərbaycanlı məzun təhsil almağa gəlir. Qeyd edək ki, Şimali Kipr Respublikasında 5 universtet mövcuddu. Adada yeləşən ölkənin yeganə dövlət universiteti isə Doğu Akdeniz Universtetidi.

Keçən illərə nəzər salarkən bu il daha çox azərbaycanlının bu universitete maraq göstərməsinin şahidi ola bilərik.

Doğu Akdeniz Universtetinin Azərbayacan üzrə təmsilçisi Aynur Şibliyevanın verdiyi məlumata görə hazırda burada 440 azərbaycanlı tələbə təhsil alır. Bundan başqa sevindirici haldır ki, hazırda bu universitetdə 14 azərbaycanlı müəllim çalışır.

Yeri gəlmişkən söyləyək ki, TQDK-nın keçiridyi qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin də bu universitetə marağı yüksək səviyyədədi. Belə ki, onlardan keçən il 9 tələbə burda təhsil almaq şansını qazanıb. Bu il isə onların sayı 20-ə qalxıb.

Təmçilçisi həmçinin onu da vurğuladı ki, burada təhsil alan azərbaycanlı tələbələrə xüsusi güzəştlər var. Belə ki, bütün azərbaycanlı tələbələr bu universitetdə təhsil haqqının 50 faiz ödəməklə oxuyur. 600-dən artıq bal toplayan azərbaycanlı tələbələr isə təhsil haqqından tam azad edilir, pulsuz yataqxana və yeməklə təmin olunur.

Azərərbaycanlı tələbələrin bu universiteti seçməsi təsadüfi deyil. Bunun müxtəlif səbəbləri var. Görəsən niyə onlar, Azərbayan univeristetlərini yox, məhz Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinı seçiblər? Bu sualın cavabını, bu il burada təhsil almaq şansını qazanan və ölkəmizdə keçirilən qəbul imtahanında 600-dən yuxarı bal toplayan 2 tələbənin öz dilindən eşidək:

Kamil Novruzov:

17 yaşım var. Zərifə Əliyeva adına məktəbi uğurla bitirib, Azərbaycanda keçirilən Tələbə Qəbulu Dövlət Komisiyyasının imtahanında 641 bal toplayaraq, ilk yüz nəfər sırasına düşmüş tələbələrdən birisiyəm.

Əldə etdiyim nəticəyə görə bir neçə universitet seçmək hüququ əldə etdim. Doğu Akdeniz Universitetinin Beynəlxalq səviyyəli universitet olduğunu və mənim burada tam təqaüdlə təhsil alacağımı nəzərə alıb bu universiteti seçmək qərarına gəldim. Burada tələbələrin sərbəst həyata öyrəşməsini, müəllim-şagird münasibətinin sərbəstliyini və keçirilən dərslərin yüksək səviyyədə olduğunu görüb seçimimin bir daha doğru olduğunu özümdə təsdiqlədim.

Burada yaşayan Kipr əhalisinin əksəriyyətinin türk qardaşlarımızın olması, özümüzü qürbət yerdə yox, sanki öz vətənimizdəki kimi hiss etməyimizə zəmin yaradır.

Zənnimcə, Azərbaycan təhsili ilə Kipr təhsilinin fərqi müəllim-şagird münasibətinin daha da açıq və daha da sərbəst olmasındadı.

Xaricdə oxuyan tələbələrin dünya arenasına çıxışının daha asan olmasına baxmayaraq, istər xarici, istərsə də Azərbaycanda təhsil alan hər bir tələbə öz üzərində çalışmalı və inadkar olmalıdı. Çünki, yalnız bu zaman uğur qazanmaq olar!

İlkin Hüseynzadə:

“1994-cü ildə anadan olmuşam. Zərifə Əliyeva adına məktəbi bitirmişəm. Burada təhsil aldığım müddətdə çoxlu uğurlar qazanmışam. Bunların nəticəsi olaraq, bir sıra diplom və sertifikata layiq görülmüşəm. 10-cu sinfdə oxuduğum dövrdə “ARAZ” kurslarının keçiridiyi Bilik yarışının 6-ı olmağım, Azəbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik intelektual gənclər”-in dövlət proqramı respublika olimpiadasında 3-cü dərəcəli diploma layiq görülməyimi misal göstərə bilərəm.

Hər il keçirilən ‘’INEPO”’(İNTERNATİONAL ENVİRONMENT PROJECT OLYMPİA) beynəlxalq olimpiadasında Azərbaycanı layiqincə təmsil edib, gümüş medalla təltif olunmuşam. Gürcüstanda keçrilmiş İnternational Young Ecologists Tournament (YET) beynəlxaq olimpiadasının gümüş medalıı qazanmışam.

Respublikamızın Təhsil Naziri Misir Mərdanovun tapşırığı ilə attestat imahanından azad olunmuşam.

Bunlar mənim məktəbdə oxuduğum dövrdə qazandığım uğurların hamisi deyil. Ən başlıca uğurum ölkəmizdə keçirilən ali məktəbə qəbul imtahanında yüksək balla ilk 80 tələbə sırasına düşmüş tələbələrdənəm.

“Niyə xaricdə təhsil almaq qərarına gəldin?” sualınıza gəlincə isə, mənim bu çoxdankı arzum və məqsədim idi.

Doğu Akdeniz Universiteti haqqında eşidərkən dərhal bu universitet haqqında bilgi toplamağa başladım. Və fəxr etdim ki, dünyada analoqu olmayan belə universitetlər mövcuddu. Beləliklə, bu universitetin tələbəsi olmaq qərarına gəldim. Bura gəlməyimin əsas səbəblərindən biri, burada 100 faiz təqaüddən yararlana biləcəyim oldu. Sadaladığım müsbət keyiyyətlərə yanaşı, azərbaycanlı müəllimlərin bu universitetdə dərs deməsi bizə əlavə stimul verir.

Başqa ölkədə olmağımıza, ailəmizdən uzaqda yaşamağımıza baxmayaraq, mən özümü VƏTƏN-imizdəki kimi, hiss edirəm. Çünki, Kıbrıs insanları da, azərbaycanlılar kimi çox mehriban, qayğıkeş və qonaqpərvərdilər.

Müəllimlər təhsilə ciddi yanaşır, tələbkardılar. Tələbələrin hərtərəfli hazırlaşmasına, peşakar kadrlar kimi yetişməsinə can yandırır, əllərindən gələni edirlər.

Burada mövcud olan, müəllim-tələbə sərbəstliyi, oxuduğum fakultənin hər cür şəraitlə yüksək şəkildə təmin olunması,dərslərin beynəlxalq səviyyədə keçirilməsini görmək öz seçimimin uğurlu olmasını sübut edir. Hazırda, əsas məqsədim, DAU-nun ən öndə gedən və məşhur məzunlarından birisi olmaqdır. İnanıram ki, gələcək də daha ciddi uğurlara imza atacam”.

AZXEBER.COM-un Şimali Kiprdəki müxbiri Cəfər Mənsimi

OXŞAR XƏBƏRLƏR