Qəzada daha yeddi nəfər yaralanıb.
Türkiyənin Uşak vilayətində 3 azərbaycanlı tələbənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, APA TV-nin məlumatına görə, hadisə İzmir-Ankara yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Gecə saat 22.20-də Əli Kərimli adlı azərbaycanlının idarə etdiyi 64 LV 846 nömrə nişanlı avtomobil yüksək sürət səbəbindən idarəetmədən çıxıb və əvvəlcə elektrik dirəyini aşırıb, daha sonra qarşı tərəfdən gələn avtomobilə çırpılıb.
Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb. Avtomobildə olan üç tələbədən ikisi - Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində ölüb. Digər tələbə Anar Musayev isə xəstəxanada keçinib. Sürücü Əli Kərimli, sərnişin Mayis Həsənov və digər avtomobilin sürücüsü Adnan Kan, onun həyat yoldaşı və 3 uşağı ağır yaralanıb. Yaralılar dərhal Uşak Dövlət Xəstəxanasına çatdırılıblar.
Ölən və yaralanan azərbaycanlılar Uşak Universitetinin tələbələri olublar.
Hədisə səbəbindən avtomagistralda 2 saatlıq tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
10:44
Türkiyədə 2 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.
AZXEBER.COM xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib.
Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı olduğu bildirilir.
Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub.
Qəzada yeddi nəfərin yaralandığı, onlardan ikisinin azərbaycanlı tələbələr - Anar Musayev və Mayis Həsənov olduğu açıqlanıb

